ABŞ Maliyyə Nazirliyi İranla bağlı sanksiyalar siyahısını genişləndirib.
Bizim.Media xəbər verir ki, siyahıya 11 fiziki şəxs və 13 təşkilat əlavə edilib.
Yenilənmiş sanksiya siyahısına BƏƏ, İran, Sinqapur və Böyük Britaniyada qeydiyyatdan keçmiş təşkilatlar, o cümlədən qaz və neft şirkətləri daxil edilib. Bundan əlavə, siyahıda Fərdis həbsxanası da yer alıb.
Sanksiyalara məruz qalan vəzifəli şəxslər arasında İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, eləcə də Lorestan və Fars vilayətlərində polis idarələrinin rəhbərləri və SEPAH qüvvələrinin komandirləri var.
Bizim.Media




































































































