Morqda oyanan 20 yaşlı qızın ailəsi 3 milyon təzminat alacaq

Morqda oyanan 20 yaşlı qızın ailəsi 3 milyon təzminat alacaq

Hazırda oxunan: Morqda oyanan 20 yaşlı qızın ailəsi 3 milyon təzminat alacaq

590884

Amerika Birləşmiş Ştatlarının Miçiqan ştatında yerləşən Sautfild şəhərinin administrasiyası həkim səhvi nəticəsində morqda oyanan 20 yaşlı qızın ailəsinə 3,25 milyon dollar təzminat ödəməyə razılaşıb.

Bizim.Media bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, insident 2020-ci ildə baş verib. Serebral iflicdən əziyyət çəkən 20 yaşlı Timeşi Boşamın ailə üzvləri qızın boğulmağa başladığını görüb təcili tibbi yardım çağırıblar. Çağırış ünvanına gələn mediklər onu həyata qaytarmağa cəhd ediblər, lakin sonradan ölüm faktını qeydə alıblar.

Bir müddətdən sonra həmin qız yerli xəstəxananın meyitxanasında torbanın içində ayılıb. Meyitxana əməkdaşları onun sağ olduğunu və ağır nəfəs aldığını görərək dərhal xəstəxanaya çatdırıblar. Lakin o sağalmayaraq iki aydan sonra vəfat edib.

Tibbi ekspertlər müəyyən ediblər ki, Timeşi meyitxanaya göndərilmək əvəzinə dərhal xəstəxanaya aparılsaydı onun həyatını xilas etmək mümkün olardı. Onun ailə üzvləri yerli icra orqanları ilə bir neçə il məhkəmədə çəkişib və nəhayət yuxarıda qeyd olunan məbləğdə təzminatın verilməsi ilə bağlı razılığa gəliblər. (Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO