Tramp Venesuelanın müvəqqəti prezidenti ilə telefonda nəyi müzakirə etdi?

Tramp Venesuelanın müvəqqəti prezidenti ilə telefonda nəyi müzakirə etdi?

Hazırda oxunan: Tramp Venesuelanın müvəqqəti prezidenti ilə telefonda nəyi müzakirə etdi?

590843

ABŞ Prezidenti Donald Tramp Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqezlə telefonla danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb. 

O, danışığın çox yaxşı keçdiyini bildirib. ABŞ Prezidenti deyib ki, ölkəsi Venesuelanın sabitləşməsinə və bərpasına kömək sahəsində böyük irəliləyişlər əldə edib.

“Neft, minerallar, ticarət və milli təhlükəsizlik də daxil olmaqla bir çox mövzu müzakirə edildi. Amerika Birləşmiş Ştatları ilə Venesuela arasındakı bu tərəfdaşlıq hər kəs üçün möhtəşəm olacaq. Venesuela tezliklə yenidən, bəlkə də əvvəlkindən daha möhtəşəm və çiçəklənən ölkəyə çevriləcək”, -deyə Tramp qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO