Bu ölkədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək

Bu ölkədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək

Hazırda oxunan: Bu ölkədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək

590738

Finlandiya hökuməti 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməyə hazırlaşır.

Bizim.Media “Helsingin Sanomat” nəşrinə istinadla xəbər verir ki, bunu Baş nazir Petteri Orpo deyib.

“Uşaqların və gənclərin hərəkətsizliyi çox narahatedicidir. Mən buna çox ciddi yanaşıram”, - deyə o bildirib.
 

Orpo vurğulayıb ki, ekran qarşısında vaxt keçirmək uşaqları fiziki fəaliyyətdən məhrum edir və bu da onların sağlamlığına mənfi təsir göstərir. Baş nazirin sözlərinə görə, ictimai sağlamlığın yaxşılaşdırılması şəxsi rifahla yanaşı, milli iqtisadiyyatı da gücləndirir. O, fikrini Finlandiya alimlərinin fiziki hərəkətsizliyin cəmiyyətə ildə 3 milyard avroya başa gəldiyini göstərən bir araşdırması ilə əsaslandırıb.


Baş nazir sosial mediadan istifadəyə məhdudiyyətlərlə bağlı beynəlxalq təcrübəyə istinad edərək vurğulayıb ki, Danimarka, Fransa və Norveç artıq oxşar qadağalar tətbiq edib, ya da bunu etməyi planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO