23 yaşlı Tehrandan olan tələbə Rubina Aminian Şariati kollecinin tekstil fakültəsində dərslərini bitirdikdən dərhal sonra İran rejiminə qarşı küçə etirazlarına qoşulub.
Bizim.Media xəbər verir ki, cümə günü təhsil müəssisəsindən birbaşa etirazçıların yanına çıxan Rubina evinə qayıtmayıb.
Iran Human Rights hüquq müdafiə təşkilatının məlumatına görə, gənc qız yaxın məsafədən başından atəş açılaraq öldürülüb.
Rubinanın valideynləri Kermanşahdan Tehrana gələrək qızlarını tanıyıblar və çox sayda digər gəncin də oxşar şəkildə həlak olduğunu öyrəniblər.


Bizim.Media

- A-
- A
- A+
Dünya
14:47 / 13.01.2026
Tehranlı tələbə etirazlar zamanı qətlə yetirildi - FOTO
Hazırda oxunan: Tehranlı tələbə etirazlar zamanı qətlə yetirildi - FOTO
Hazırda oxunan: Tehranlı tələbə etirazlar zamanı qətlə yetirildi - FOTO
590540
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































