Rusiyada hindistanlı miqrantlar qarın çoxluğundan “qorxaraq” işdən çıxırlar – VİDEO

Rusiyada hindistanlı miqrantlar qarın çoxluğundan “qorxaraq” işdən çıxırlar – VİDEO

Hazırda oxunan: Rusiyada hindistanlı miqrantlar qarın çoxluğundan “qorxaraq” işdən çıxırlar – VİDEO

590507

Rusiya sosial şəbəkə seqmentində müxtəlif şəhərlərin sakinlərinin güclü qar yağışı zamanı kommunal xidmətlərin qeyri-qənaətbəxş fəaliyyəti ilə bağlı şikayətlərini əks etdirən videolar sürətlə yayılır.

Bizim.Media xəbər verir ki, eyni zamanda Mərkəzi Asiyadan olan miqrantların çəkdiyi videolar da populyarlıq qazanır.

Video müəllifləri iddia edirlər ki, qarın təmizlənməsi işlərinə əsasən onlar cəlb olunub, Rusiyaya bu yaxınlarda gəlmiş Hindistandan olan miqrantlar isə qarın çoxluğundan “qorxaraq” işə çıxmaqdan imtina ediblər.

Xatırladaq ki, ötən ildən etibarən Rusiyada Mərkəzi Asiya ölkələrindən olan əmək miqrantlarının Hindistandan gətirilən işçi qüvvəsi ilə əvəzlənməsi layihəsi həyata keçirilir. Moskvada artıq bu ölkə vətəndaşlarının minlərlə nəfərlik növbələrlə işə qəbul üçün sənədləşmə apardığı qeydə alınıb. Layihə 2024-cü ilin sonunda Rusiya ilə Hindistan arasında əmək miqrasiyası üzrə imzalanmış dövlətlərarası sazişdən sonra mümkün olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO