ABŞ prezidenti Donald Tramp bildirib ki, hazırda “Qəzza üzrə Sülh Şurası” adlı təklif olunan yeni qurum formalaşdırılır.
Bizim.Media xəvər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
Trampın sözlərinə görə, Şuraya “dünyanın ən mühüm ölkələrinin” liderləri daxil olacaq və quruma şəxsən onun özü rəhbərlik edəcək. Ümumilikdə Şuranın tərkibinə təxminən 15 dünya liderinin daxil olması nəzərdə tutulur.
Məlumata əsasən, Şura hələ formalaşdırılmamış Fələstin hökumətinə nəzarət edəcək və Qəzza zolağının bərpası prosesini kurasiya edəcək.
Gözlənilir ki, Şuraya Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, Qətər, Misir və Türkiyə qoşulacaq. Həmçinin BMT-nin Yaxın Şərq üzrə keçmiş xüsusi nümayəndəsi Nikolay Mladenovun yerlərdə Qəzza üzrə Sülh Şurasının təmsilçisi qismində çıxış edə biləcəyi bildirilir.

Bizim.Media


































































































