Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Volqoqrad vilayətindəki neft anbarına, eləcə də müvəqqəti işğal olunmuş Ukrayna ərazilərindəki bir neçə hədəfə zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının teleqram kanalında məlumat yayılıb.
Baş Qərargah Rusiya ordusunun bölmələrini yanacaqla təmin edən hədəfin vurulduğunu və zərərin miqyasının müəyyən olunduğunu qeyd edib.
Həmçinin Rusiya ordusunun 19-cu Motoatıcı Diviziyasının bölməsinə məxsus dron anbarına və Donetsk vilayətinin Pokrovsk rayonunun yaxınlığındakı dronları idarəetmə məntəqəsinə zərbələr endirilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:44 / 10.01.2026
Ukrayna Rusiyanın neft və dron anbarlarına zərbələr endirdi
Hazırda oxunan: Ukrayna Rusiyanın neft və dron anbarlarına zərbələr endirdi
Hazırda oxunan: Ukrayna Rusiyanın neft və dron anbarlarına zərbələr endirdi
590070
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































