Microsoftun Nokianın böyük bir hissəsini satın almasından bəri ən çox danışılan mövzulardan olan Nokia adının aqibətinin nə olacağı nəhayət nəticələnir. Bir müddətdir danışılan ağıllı telefonlardakı Nokia adına vida əməliyyatı isə noyabr ayına qalmadan reallaşa bilər.
Moderator.az -ın məlumatına görə, Nokia adı rəsmi olaraq silinir.
Nokia adından məmnun olmayan Microsoft, bunu uzun bir müddətdir onsuz da müəyyən edirdi. İlk olaraq Nokianın ağıllı telefonlarına aid web ünvanlarını özünə aid web ünvanlarına istiqamətləndirən Microsoft, Nokia adını silmək üçün əlindən gələni edir.
Bu gün Nokia France hesabından paylaşılan bilgiyə görə isə Nokia Fransa qrupunun çox yaxında "Microsoft Lumia" meydana gəlməsinin Fransa ayağı olacağı ifadə edildi. Olduqca köklü bir dəyişməyə addım-addım yaxınlaşan Microsoft, bəlkə də tarixin ən yaxşı telefon markalarından birini tozlu rəflərə göndərəcək.






























































































