“Putin NATO-nu çıxılmaz vəziyyətə salıb” - KİV

“Putin NATO-nu çıxılmaz vəziyyətə salıb” - KİV

Hazırda oxunan: “Putin NATO-nu çıxılmaz vəziyyətə salıb” - KİV

589661

Rusiya prezidenti Vladimir Putin hücum etməmək barədə təkliflə Şimali Atlantika Alyansını (NATO) çıxılmaz vəziyyətə salıb.

Bizim.Media xəbər verir ki, bu barədə Çinin Baijiahao portalı yazıb.

Materialda qeyd olunur ki, Rusiya lideri gözlənilmədən “qarşılıqlı hücum etməmək” diplomatik kartını işə salaraq NATO-nu ciddi dilemma qarşısında qoyub:

“Razılaşmaların hüquqi şəkildə təsbit edilməsi hərbi blokun mövcudluğunun əsaslarını sarsıda bilər, ondan imtina isə “Rusiya təhlükəsini” qoruyub saxlamaq istəyini ifşa edər.

Moskva bu təkliflə çıxış etdikdən sonra NATO-nun mənzil-qərargahında sükut yarandığı bildirilir.

Əgər Şimali Atlantika Alyansı saziş imzalasa, guya “Rusiyanın aqressiyası” anlayışı yenidən qiymətləndiriləcək, alyansın şərqə doğru genişlənməsinin və müdafiə xərclərinin artırılmasının zəruriliyi sual altına düşəcək”.

Xatırladaq ki, dekabrın 11-də Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın Avropa İttifaqı və NATO ölkələrinə qarşı aqressiv planlarının olmadığını yazılı şəkildə təsbit etməyə hazır olduğunu bəyan etmişdi. O, Rusiyanın hüquqi sənəddə Aİ və NATO-ya hücum etməyəcəyinə dair təminatlar verməyə hazır olduğunu qeyd etmiş, lakin bunun kollektiv və qarşılıqlı əsasda həyata keçirilməli olduğunu vurğulamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO