Venesuela ABŞ ilə razılığa gəldi - 50 milyon barel neft verəcək - FOTO

Venesuela ABŞ ilə razılığa gəldi - 50 milyon barel neft verəcək - FOTO

Hazırda oxunan: Venesuela ABŞ ilə razılığa gəldi - 50 milyon barel neft verəcək - FOTO

589379

Venesueladakı müvəqqəti hakimiyyət 30-50 milyon barel yüksək keyfiyyətli, sanksiyalı nefti Amerika Birləşmiş Ştatlarına təhvil verəcək.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

O bildirib ki, bu neft bazar qiymətinə satılacaq.

“Bu vəsaitin Venesuela və ABŞ xalqlarının mənafeyi naminə istifadə olunmasını Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi şəxsən mən təmin edəcəyəm. Mən energetika katibi Kris Raytdan bu planın dərhal həyata keçirilməsini xahiş etdim. O, saxlama gəmiləri ilə daşınacaq və birbaşa ABŞ-dakı boşaltma limanlarına çatdırılacaq”, – deyə Tramp vurğulayıb.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuela ərazisində əməliyyat keçirib.

Əməliyyat çərçivəsində bir sıra hərbi və strateji obyektlərə zərbə endirilib. Bundan əlavə, Venesuela Prezidenti Maduro həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ABŞ-a aparılıb. Maduro və həyat yoldaşı yanvarın 5-də Nyu-Yorkda hakim qarşısına çıxarılıb.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO