Zelenski: “Yanvarın sonunda Trampla növbəti görüş keçiriləcək"

Zelenski: “Yanvarın sonunda Trampla növbəti görüş keçiriləcək"

Hazırda oxunan: Zelenski: “Yanvarın sonunda Trampla növbəti görüş keçiriləcək"

588844

Ukrayna və Amerika Birləşmiş Ştatları prezidentləri yenidən görüşəcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə məlumat verib.

Zelenski yanvarın sonunda ABŞ Prezidenti Donald Trampla sülh planını müzakirə etmək üçün yeni görüş keçirəcəyini açıqlayıb.

Prezidentin sözlərinə görə, bundan əvvəl Avropa liderlərinin görüşü olacaq, orada təhlükəsizlik sənədləri yekunlaşdırılacaq. Liderlər bir çox məsələni müzakirə edəcəklər. Lakin əsas diqqət təhlükəsizlik zəmanətləri və Ukraynanın bərpasına yönəldiləcək.

Prezident əlavə edib ki, Donald Trampın komandası ilə də görüşlər olacaq və bu görüşlər Parisdə keçiriləcək.

"Görüşlər 24 saat, bəlkə də iki saat davam edəcək. Hər şey işlərin gedişatından asılıdır. Bundan sonra düşünürəm ki, biz ABŞ-da geniş çərçivədə rəhbərlik səviyyəsində görüşə hazırlaşacağıq. Biz istərdik ki, bütün bunlar yanvarın sonuna qədər baş versin", - deyə Prezident bildirib.

Qeyd edək ki, dekabrın 28-də Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Donald Tramp Floridada görüşüblər. Danışıqlardan sonra liderlər əldə edilmiş nəticələrlə bağlı açıqlamalar veriblər. ABŞ prezidenti Donbas məsələsində müəyyən irəliləyiş olduğunu bildirərək, yekun qərarın hələ verilmədiyini, lakin tərəflərin razılığa yaxın olduğunu bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO