Türkiyədə güclü qarın FƏSADI: Orta məktəblərdə tətilin müddəti uzadıldı

Türkiyədə güclü qarın FƏSADI: Orta məktəblərdə tətilin müddəti uzadıldı

Hazırda oxunan: Türkiyədə güclü qarın FƏSADI: Orta məktəblərdə tətilin müddəti uzadıldı

58857

Türkiyədə güclü qarla müşayiət olunan əlverişsiz hava şəraiti ciddi problemlər törətməkdə davam edir.

Bizim.Media xəbər verir ki, dağlıq ərazilərdə qalın qarın ağırlığı elektrik xətlərində nasazlıq yaradıb. Bəzi yerlərdə yağıntının intensivliyi uçqunlara səbəb olub.

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə güclü qar yağdı - 300-dən çox kənd yolu bağlandı
 

Böyük qayaların uçması nəticəsində Qaradəniz sahil avtomagistralında nəqliyyatın hərəkəti dayanıb.

İsparta vilayətində güclü qar səbəbindən çox sayda yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib, elektrik təchizatında fasilələr yaranıb.

Orta məktəblərdə tətilin müddəti daha beş gün - fevralın 12-dək uzadılıb.

Yaranmış problemlərin aradan qaldırılması üçün yerli imkanlar səfərbər olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO