Tayvan dünən adanın ətrafında keçirilmiş genişmiqyaslı Çin hərbi təlimlərinə cavab olaraq yüksək səviyyəli döyüş hazırlığı vəziyyətini davam etdirir.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, “Justice Mission 2025” adlı təlimlər zamanı onlarla raket Tayvana doğru atılıb, həmçinin adanın yaxınlığında çoxsaylı hərbi gəmilər və aviasiya qüvvələri yerləşdirilib.
Bu hərəkətlər Tayvanın bölgədəki və Qərbdəki tərəfdaşları arasında narahatlıq yaradıb.
Çərşənbə gecəsi Pekin təlimlərin başa çatdığını elan edib, lakin Çinin silahlı qüvvələrinin yüksək döyüş hazırlığını qoruyacağını və potensiallarını gücləndirməyə davam edəcəyini vurğulayıb.
Tayvan Müdafiə Nazirliyi isə bildirib ki, hələ də bölgədə əhəmiyyətli sayda Çin təyyarəsi və gəmi olduğu üçün adanın silahlı qüvvələri “müvafiq cavab mexanizmini” saxlayacaq.
Nazirlik əlavə detalları açıqlamayıb. Bəyanatda həmçinin vurğulanıb ki, “Çin Kommunist Partiyasının aqressiv və militarist təxribatları regional təhlükəsizlik və sabitliyə təhdid yaradır və beynəlxalq ictimaiyyətin demokratik tərəfdaşları tərəfindən pislənilib”.
Çin Xalq Respublikasının sədri Si Cinpin Yeni il müraciətində Tayvan mövzusuna yenidən toxunaraq, Pekin tərəfindən adanın müstəqilliyini dəstəkləyən qüvvələrə qarşı keçən ilki xəbərdarlıqlarını təkrarlayıb. O, deyib ki, “Tayvan boğazının hər iki tərəfindəki həmvətənlər qan bağları ilə birləşib və milli birliyin tarixi tendensiyası dayandırıla bilməz”.
Tayvan Okean İşləri Şurasının rəhbəri Kuan Bi Lin isə bildirib ki, çərşənbə axşamı günortadan sonra Çin gəmiləri adadan uzaqlaşmağa başlayıb.
“Dənizdə vəziyyətistabilləşib, gəmilər tədricən bölgəni tərk edir”, – deyə o, Facebook səhifəsində yazıb.
Tayvan Sahil Mühafizəsinin nümayəndəsi Reuters agentliyinə bildirib ki, bütün 11 Çin sahil mühafizə gəmisi adanın sularını tərk edib. Eyni zamanda, Tayvan təhlükəsizlik xidmətlərindən bir mənbə bildirib ki, ordu və sahil mühafizəsinin fövqəladə cavab mərkəzləri fəaliyyətini davam etdirir.
Qeyd edək ki, regionda 90-dan çox Çin hərbi və sahil mühafizə gəmisi yerləşmişdi. Onların əksəriyyəti Cənubi Çin dənizi, Tayvan ətrafı və Şərqi Çin dənizində yerləşdirilmişdi.
Üstəlik, hərbi dəniz qruplaşmasının sayının həftənin əvvəlindən ardıcıl olaraq artdığı bildirilib.
Xatırladaq ki, Çin Tayvanı öz ərazisi hesab edir və üzərində nəzarət qurmaq üçün zorakılıqdan
istifadəni istisna etmir. Tayvan isə bu iddiaları rədd edir və son təlimləri regional təhlükəsizlik üçün təhdid və açıq təxribat kimi pisləyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:38 / 01.01.2026
Çin-Tayvan gərginliyi YENİDƏN ALOVLANIR – Ordu döyüş hazırlığı vəziyyətinə GƏTİRİLDİ
Hazırda oxunan: Çin-Tayvan gərginliyi YENİDƏN ALOVLANIR – Ordu döyüş hazırlığı vəziyyətinə GƏTİRİLDİ
Hazırda oxunan: Çin-Tayvan gərginliyi YENİDƏN ALOVLANIR – Ordu döyüş hazırlığı vəziyyətinə GƏTİRİLDİ
588460
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































