Almaniyada “erməni soyqırımı”na qarşı etiraz aksiyası

Almaniyada “erməni soyqırımı”na qarşı etiraz aksiyası

Hazırda oxunan: Almaniyada “erməni soyqırımı”na qarşı etiraz aksiyası

58764

Azərbaycanın və Türkiyənin diaspor təşkilatları qondarma “erməni soyqırımı” iddialarının aradan qaldırılması tələbi ilə Almaniyanın Düsseldorf şəhərində etiraz nümayişi keçirib.


AzərTac xəbər verir ki, nümayişçilər Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətindəki orta məktəb dərsliklərinə 1915-ci il hadisələri ilə bağlı təhrif olunmuş, qərəzli, Türkiyənin beynəlxalq nüfuzuna zərər gətirən ifadələrin yer aldığı məlumatların yerləşdirilməsinə etiraz ediblər.


“Bizə qulaq asın!” şüarı ilə Almaniyanın dövlət və hökumət orqanlarından, o cümlədən vilayətin parlamentindən tələb irəli sürən etirazçılar Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını dalğalandıraraq birlik nümayiş etdiriblər. Nümayişdə Almaniya tərəfinin qondarma “erməni soyqırımı” iddialarına qarşı tədbir görməsi tələbi ilə 8 min imza toplanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO