Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığa dair bir neçə Protokol təsdiq edilib.
Bizim.Media xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol” və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol” müzakirəyə çıxarılıb.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol” 6 maddədən ibarətdir.
Bildirilib ki, Qanunun məqsədi Azərbaycan təhsil müəssisələrinin fəaliyyəti, təhsil müəssisələrinin istifadəyə verilmə şərtləri, hər iki tərəfin maliyyə öhdəlikləri, təmir və bərpa işləri və qüvvəyə minmə maddəsi müəyyən edilib.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol” Türkiyə ilə birgə əməkdaşlığn möhkəmlənməsinə xidmət edir.
Hər iki sənəd müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol” və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol” bu il sentyabrın 23-də Bakı şəhərində imzalanıb.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Dünya
12:23 / 23.12.2025
Azərbaycanla Türkiyə arasında mühüm sənəd TƏSDİQLƏNDİ
Hazırda oxunan: Azərbaycanla Türkiyə arasında mühüm sənəd TƏSDİQLƏNDİ
Hazırda oxunan: Azərbaycanla Türkiyə arasında mühüm sənəd TƏSDİQLƏNDİ
586985
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































