Rusiya və Çin birgə bəyanatda ABŞ-ı Asiya-Sakit Okean regionunda, Avropada yerüstü orta və daha qısa mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiyanın RT nəşri yayıb.
“Tərəflər ABŞ-ı Rusiyanın təşəbbüsünə müsbət cavab verməyə və Asiya-Sakit Okean regionunda, Avropada yerüstü orta və daha qısa mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina etməyə çağırır. Tərəflər bu məsələ ilə bağlı əlaqələri davam etdirəcək və koordinasiyanı gücləndirəcəklər”.
Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Szinpin arasında keçirilən görüşdən sonra verilən bəyanatda belə deyilir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl Moskvanın Vaşinqtonun Avropa, Asiya-Sakit okean regionunda orta və daha qısa mənzilli raketlər yerləşdirmək niyyətindən narahatlığını ifadə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:12 / 04.02.2022
Rusiya və Çin ABŞ-a səsləndi: “Raketlər bu ərazidə yerləşdirilməsin”
Hazırda oxunan: Rusiya və Çin ABŞ-a səsləndi: “Raketlər bu ərazidə yerləşdirilməsin”
Hazırda oxunan: Rusiya və Çin ABŞ-a səsləndi: “Raketlər bu ərazidə yerləşdirilməsin”
0:00
0:00
58635
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.