Ukrayna Rusiya qazına alternativ tapdı

Ukrayna Rusiya qazına alternativ tapdı

Hazırda oxunan: Ukrayna Rusiya qazına alternativ tapdı

58598

Ukrayna Avropadan qaz nəqlini artırmaq üçün Slovakiya ilə razılaşıb. 

Bizim.Media “Gazeta.ru” nəşrinə istinadən xəbər verir ki, bu barədə Slovakiyanın “Eustream” qaz ötürmə operatoru məlumat yayıb.

“Danışıqlar nəticəsində “Eustream” qış dövründə (2022-ci ilin birinci rübünün sonuna qədər) “Budinçe” çıxış məntəqəsindəki bütün daşıma qabiliyyətini (gündə 42 milyon kubmetr) müvəqqəti olaraq dəyişəcək”. “Eustream”ın bəyanatında deyilir.

Qeyd olunur ki, belə rejim istilik mövsümünün sonuna kimi qüvvədə olacaq, bundan sonra “Budinçe”dəki güclər əvvəlki göstəricilərinə qayıdacaq: sutkada 27 milyon kubmetr qaz və kəsilmiş ötürmə qabiliyyəti ilə 15 milyon kubmetr qaz.
“Kommersant” qəzetinin yazdığına görə, Ukrayna hazırda mövcud qaz idxal imkanlarından istifadə etməyə hələ yaxın deyil. 2022-ci ilin yanvar ayında “Budinçe” məntəqəsi vasitəsilə cəmi 14,5 milyon kubmetr yanacaq gətirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO