Avropada HİV-in yeni yüksək yoluxucu ştamı aşkar edildi

Avropada HİV-in yeni yüksək yoluxucu ştamı aşkar edildi

Hazırda oxunan: Avropada HİV-in yeni yüksək yoluxucu ştamı aşkar edildi

58581

Avropalı həkimlər Niderlandda insanın immunçatışmazlığı virusunun (İİV) VB adlı yeni təhlükəli ştamının yayılmağa başladığını müəyyən ediblər. Bu da HİV-in bütün mövcud növlərindən qat-qat təhlükəli və yoluxucudur. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Oksford Universitetinin mətbuat xidməti yayıb. 

“Bizim kəşfimiz həssas əhali arasında İİV-ə müntəzəm müayinə üçün ÜST tövsiyələrinə əməl etməyin zəruriliyini vurğulayır. Bu, nəinki immun çatışmazlığı virusu daşıyıcılarının həyatını xilas edəcək, həm də bu patogenin yeni variasiyalarının ötürülməsinin qarşısını alacaq”. TASS Oksford Universitetinin professoru Kristof Freyzerdən sitat gətirib.

“Avropalı bioloqlar immunçatışmazlığı virusunun belə variasiyasının yaranmasının ilk nümunəsini beynəlxalq BEEHIVE layihəsinin iştirakçılarından qan nümunələrinin öyrənilməsi zamanı aşkar ediblər.

17 xəstə immunçatışmazlığı virusunun eyni variantının daşıyıcısı olub, mutasiyaların dəsti və davranışı ilə HİV-in digər növlərindən kəskin şəkildə fərqlənib. 

Virusun bu formasının müxtəlif nümunələrinin genomlarının ətraflı tədqiqi göstərib ki, İİV-in bu variantı 1980-ci illərin sonlarında bütün Niderlandda yayılmağa başlayıb, lakin 2010-cu ildə hələ aydın olmayan səbəblərdən onun ölkədə yayılması səngiyib. İİV-ə yoluxmuş insanlardan alınan qan nümunələrinin sonrakı tədqiqi virusun bu variasiyasının Avropanın digər ölkələrinə və dünyanın digər bölgələrinə nüfuz edə bilib-bilmədiyini göstərəcək”. Kəşf müəllifləri bu fikirdədirlər.

ÜST-nin məlumatına görə, Yer kürəsində immun çatışmazlığı virusunun daşıyıcılarının sayı təxminən 37,7 milyon nəfərdir ki, onların da 67%-dən çoxu müxtəlif Afrika ölkələrində yaşayır.
Xəstələrin sayı durmadan artırş Bu da xüsusilə Cənubi Afrikanın ən yoxsul ölkələri üçün xarakterikdir, əhalisinin əhəmiyyətli bir hissəsi HİV daşıyıcısıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO