Zaxarovadan İRAD: “Sikorski unutmamalıdır ki, Lenin olmasaydı, Polşa da olmazdı”

Zaxarovadan İRAD: “Sikorski unutmamalıdır ki, Lenin olmasaydı, Polşa da olmazdı”

Hazırda oxunan: Zaxarovadan İRAD: “Sikorski unutmamalıdır ki, Lenin olmasaydı, Polşa da olmazdı”

585707

“Polşanın xarici işlər naziri Radoslav Sikorski unutmamalıdır ki, Vladimir Leninin töhfəsi olmasaydı, müasir Polşa ümumiyyətlə mövcud olmazdı”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, diqqətə çatdırıb ki, Polşanın xarici işlər naziri X sosial şəbəkəsində Macarıstanın baş naziri Viktor Orbanla bağlı “zarafat edib”:

“Viktor öz Lenin ordenini qazanıb”. Zaxarovanın sözlərinə görə, Sikorski bununla Macarıstan hökumətinin başçısının rus aktivlərinin qanunsuz müsadirəsinin əslində beynəlxalq hüququn zorlanması olması barədə fikrinə reaksiya verib.

“Radoslav Sikorskinin X-dəki bu cür çıxışları artıq heç kəsi təəccübləndirmir. Görünür, XİN rəhbəri Leninin adını çəkməklə Viktor Orbanı incitmək istəyib. Amma Sikorski unudub ki, Lenin olmasaydı, Polşa adlı bir dövlət ümumiyyətlə mövcud olmazdı”, — deyə diplomat Telegram kanalında vurğulayıb.
 

“XX əsrin ikinci yarısında sovet və polyak xalqları arasındakı dostluq bir vaxtlar asılı vəziyyətdə olan respublikaya ciddi sənaye, aqrar və mədəni Avropa dövlətinə çevrilmək imkanı verdi. Lenin irsi hətta kinomədəniyyətdə də öz əksini tapıb: 1965-ci ildə çəkilmiş sovet–polyak istehsalı olan “Lenin Polşada”  filmi 19-cu Kann kinofestivalında mükafat qazanıb”.


Beləliklə, Lenin müstəqil Polşa dövlətinin bir çox cəhətdən memarıdır. Müasir Polşanı da “Vladimir İliç Lenin adına Polşa” adlandırmaq olardı.

Varşava bunu mütləq unutmamalıdır. Amma Sikorski üçün tarix sanki yazılmayıb.

Lenin Polşanın dövlətçiliyi uğrunda mübarizə aparırdı, Varşavadakı indiki xadimlər isə öz suverenliklərini NATO “narrativləri” uğrunda qurban veriblər”, — deyə Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO