ABŞ-ın Texas ştatında yeniyetmə psixi cəhətdən qeyri-sabit vəziyyətdə olarkən keçmiş sevgilisinin anasını, həmçinin onun azyaşlı qardaş və bacısını güllələyib.
Bizim.Media xəbər verir ki, bu barədə CBS News telekanalı məlumat yayıb.
Hadisə yerinə gələn polis əməkdaşları mənzildə üç nəfərin cəsədini aşkarlayıblar — 39 yaşlı Cessika Rodrigez, onun 9 yaşlı oğlu və 13 yaşlı qızı. Hüquq-mühafizə orqanları baş verənləri məqsədli şəkildə törədilmiş zorakı akt adlandırıblar.
Şübhəli şəxs, 15 yaşlı ABŞ vətəndaşı cinayət yerindən qaçsa da, polis onu təxminən 40 dəqiqə sonra saxlayıb.
Polis rəisi Mayk Gerke şübhəlinin keçmiş sevgilisinin həmin vaxt evdə olub-olmadığını dəqiqləşdirməyib. Lakin bildirib ki, qız sağdır və hər hansı xəsarət almayıb. Cinayətin motivləri araşdırılır, polis hadisənin bütün halları üzərində istintaq aparır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:30 / 14.12.2025
Yeniyetmə sevgilisinin anasını və onun iki uşağını öldürdü
Hazırda oxunan: Yeniyetmə sevgilisinin anasını və onun iki uşağını öldürdü
Hazırda oxunan: Yeniyetmə sevgilisinin anasını və onun iki uşağını öldürdü
585539
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































