Aİ-də Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Politico nəşri yazıb.
İtaliya, Belçika, Malta və Bolqarıstan Avropa Komissiyası və Avropa Şurasından bu mövzuda daha az risk daşıyan alternativ variantların araşdırılmasını və müzakirəsinin davam etdirilməsini xahiş ediblər.
Bu ölkələrin açıq tənqidi Avropa Komissiyasının təşəbbüsü gələn həftə Rusiya aktivləri ilə bağlı razılaşdırmaq planlarını çətinləşdirir.
Qeyd edək ki, bundan əvvəl ABŞ da belə bir addıma qarşı çıxmışdı.

Bizim.Media































































































