Ad günündən bir gün əvvəl lotereyada 1 milyon dollar uddu

Ad günündən bir gün əvvəl lotereyada 1 milyon dollar uddu

Hazırda oxunan: Ad günündən bir gün əvvəl lotereyada 1 milyon dollar uddu

585419

Kaliforniya sakini ad günündən cəmi bir gün əvvəl lotereya bileti alaraq 1 milyon dollar qazanıb.

Bizim.Media xəbər verir ki, bu barədə UPI yazıb

Lotreys Prezentayn Kaliforniya Lotereyasının nümayəndələrinə bildirib ki, o, biletləri adətən Kompton şəhərində, İst-Kompton bulvarında yerləşən Sweet Time Donuts kafesindən alır.

“Bu şirniyyat dükanına həmişə gedirəm və hər səhər 10 dollarlıq iki ponçik alıram”, – deyə Prezentayn danışıb.

Onun sözlərinə görə, bu da ad günündən əvvəlki adi günlərdən biri olub.
 

“Cızdığım ikinci biletdə eyni rəqəm var idi və onun altında 1 000 000 dollar yazılmışdı”, – deyə o qeyd edib. – “İnanmaq olmurdu. Biletə baxa-baxa qalırdım və düşünürdüm: ‘Aman Allahım, bu doğrudanmı realdır? Ad günümdən bir gün əvvəl mənimlə belə davranırsan?’”


Prezentayn bildirib ki, qazandığı pulu bəzi borclarını ödəməyə, avtomobil almağa və ev üçün ilkin ödəniş etməyə sərf etməyi planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO