Alimlər Marsda zamanın Yer kürəsindən daha sürətli axdığını aşkar ediblər ki, bu da gələcəkdə o planetə səfər edənlərə problem yarada bilər.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Marsın cazibə qüvvəsinin daha zəif olması səbəbindən orada zaman gündə orta hesabla 477 mikrosaniyə (saniyənin milyonda biri) daha sürətlidir.
Bu zaman fərqi gələcəkdə Marsa uçuş və planetlərarası rabitə üçün çətinliklər yaradacaq.
Albert Eynşteynin Nisbilik Nəzəriyyəsi göstərir ki, bir bölgədə vaxtın axma sürəti həmin bölgədəki cazibə qüvvəsindən asılıdır. Cazibə qüvvəsinin güclü olduğu yerlərdə saatlar daha yavaş, daha zəif olduğu yerlərdə isə daha sürətli işləyir.
Buna görə də dağ zirvələrində yaşayan insanlar dəniz səviyyəsində yaşayanlara nisbətən bir qədər daha tez qocalırlar.
Qeyd edək ki, Marsın səth cazibəsi dəniz səviyyəsində Yerin cazibə qüvvəsindən beş dəfə zəifdir. Bu, Marsda saatların sürətlənməsinə səbəb olan ən böyük amildir.
Həmçinin, planetin orbital sürəti artdıqca zaman axını da sürətlənir. Marsın orbital sürəti Yerinkindən daha yavaş olsa da, zəif cazibə qüvvəsinin sürətləndirici təsiri bu yavaşlamanı əsasən yatırır.
Şəfiqə Şəfa, Bizim.Media

































































































