Britaniya kralı xərçənglə mübarizəsindən danışdı – VİDEO

Britaniya kralı xərçənglə mübarizəsindən danışdı – VİDEO

Hazırda oxunan: Britaniya kralı xərçənglə mübarizəsindən danışdı – VİDEO

585320

“Xərçəngin erkən mərhələdə aşkar olunması onun müalicəsinin gedişinə müsbət təsir göstərib və minlərlə insanın həyatını xilas edə bilər”.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniya kralı III Çarlz The Royal Family YouTube kanalında yayımlanan videomüraciətində bildirib.

Kral qeyd edib ki, xəstəliyin vaxtında müəyyən edilməsi, effektiv müalicə və həkim tövsiyələrinə ciddi əməl olunması sayəsində yeni ildə onun müalicə qrafiki qısaldıla bilər.
 

III Çarlz vurğulayıb ki, Böyük Britaniyada təxminən 9 milyon insan zəruri skrininq müayinələrindən keçmir və bununla da xərçəngin erkən aşkarlanması imkanını əldən verir.


O, həkimlərə, tibb bacılarına, tədqiqatçılara və könüllülərə təşəkkür edərək bildirib ki, xəstəliyin erkən aşkarlanması uğurlu müalicənin və ümidin əsas açarıdır.

“Mən də bilirəm ki, bu, mənim öz vəziyyətimdə nə qədər fərq yaratdı və müalicə alarkən belə tam və aktiv həyat sürməyə davam etməyimə imkan verdi”, - deyə o əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO