Xəbər verdiyimiz kimi, dünyanın müxtəlif bölgələrində yeni, xüsusilə təhlükəli qrip ştamı yayılıb. Məlumata görə, H3N2 ştamının K subkladı öncə Avstraliya və Yeni Zelandiyada aşkar edilib.
Ardınca virus Yaponiya və Böyük Britaniyada yayılıb. Məlumatlara görə, hazırda virus 30-dan çox ölkədə qeydə alınıb. Proqnozlara əsasən, H3N2 virusu böyük ehtimalla bütün dünyaya yayılacaq. Yaşlılar və yanaşı xəstəlikləri olan insanlar üçün virusun ölümcül ola biləcəyi iddia edilir.
Əksər ölkələrdə sürətlə yayılan H3N2 ştamı Azərbaycanda da yayıla bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən tibb elmləri namizədi Aydın Əliyevin fikrincə, H3N2 ştamının pandemiya epidemiyası olması ehtimalı sıfıra bərabərdir:
“H3N2 ştamı COVİD pandemiyası dövründə müşahidə edilən bir virus ola bilməz. Ola bilsin, xaricdə məhdud sayda yoluxmalar olub. Ona görə də ehtiyatı əldən verməmək, xəstəliyin yayılmaması və müvafiq tədbirlərin görülməsi üçün belə bir xəbərlər yayıblar. Yayılan virusun hansısa bir pandemiyaya gətirib çıxaracağını zənn etmirəm”.
Sözügedən qrip ştamının Azərbaycana da yayılmasına gəldikdə isə, həkim bunu istisna etmədi:
“Yayılması çox asandır. Yoluxan şəxslərin Azərbaycana gəlişi və yaxud vətəndaşlarımızın virusun yayıldığı ölkələrə getməsilə xəstəlik burada da yayıla bilər. Bunu təyin etmək və qarşısını almaq da çətindir. Bunu o halda dəqiq bilərik ki, şikayəti olan insanlardan virusun genotipi analizlərlə aşkar edilsin. Qalan məsələlər isə fərziyədir.
Oxşar xəstəliklər çoxdur. Yüzlərlə törədicinin yaratdığı xəstəliklər var ki, onların şikayəti oxşar ola bilər. Qızdırma, halsızlıq, boğaz qıcıqlanması, burun axması, öskürək oxşar şikayətlər yarada bilər və onu təxmini deyə bilərik”.
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
Dünya
09:00 / 13.12.2025
Yeni ölümcül virus YAYILIR – Azərbaycana da gələ bilərmi?
Hazırda oxunan: Yeni ölümcül virus YAYILIR – Azərbaycana da gələ bilərmi?
Hazırda oxunan: Yeni ölümcül virus YAYILIR – Azərbaycana da gələ bilərmi?
585271
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































