Rəsmi Ankaradan Odessada Türkiyə yük gəmisinə Rusiyanın zərbə endirməsinə REAKSİYA

Rəsmi Ankaradan Odessada Türkiyə yük gəmisinə Rusiyanın zərbə endirməsinə REAKSİYA

Hazırda oxunan: Rəsmi Ankaradan Odessada Türkiyə yük gəmisinə Rusiyanın zərbə endirməsinə REAKSİYA

585268

“Ukraynanın Çernomorsk limanına hücum edilib və nəticədə xarici bayraq altında üzən, Türkiyə şirkətinə məxsus gəmi zərər görüb. Bu insident Qara dəniz akvatoriyasında münaqişənin genişlənməsi, dəniz təhlükəsizliyi və azad naviqasiya üçün yaranan təhlükələr barədə əvvəllər səsləndirdiyimiz narahatlıqların haqlı olduğunu təsdiqləyir”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN-nin Odessada Türkiyə yük gəmisinə endirilən Rusiya zərbəsi ilə bağlı açıqlamada qeyd edilib.

İlkin məlumata görə, gəminin heyəti və yük maşını sürücüləri təxliyə edilib, Türkiyə vətəndaşları arasında xəsarət alan yoxdur.Türkiyənin Odessadakı Baş Konsulluğu situasiyanı diqqətlə izləyir və öz vətəndaşlarına zəruri dəstəyi göstərir.

“Bu kontekstdə biz bir daha Rusiya ilə Ukrayna arasında müharibənin dərhal dayandırılmasının vacibliyini vurğulayırıq və Qara dənizdə gərginliyin daha da artmasının qarşısını almaq və gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün dəniz infrastrukturuna, limanlara və enerji obyektlərinə hücumların dayandırılmasına ehtiyacı xatırladırıq”, - deyə Türkiyə XİN-nin açıqlamasında bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO