Bu gün SNBO katibi Rustem Umerovdan Ukraynanın danışıqlar üçün təyin edilən komandanın işi ilə bağlı bir neçə məruzə təqdim olunub. Hazırda müxtəlif beynəlxalq platformalarda vacib konsultasiyalar və gələcək addımlara hazırlıq prosesi davam edir. Almaniyada Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin detalları ilə məşğul olacaq müdafiə qrupunun işi hazırlanır”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O qeyd edib ki, qrupa Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Qnatov rəhbərlik edir, həmçinin nümayəndə heyətinin tərkibində Ukrayna ordusunun, kəşfiyyatının və Təhlükəsizlik
Qüvvələrinin nümayəndələri iştirak edir:
“Bundan əlavə, ABŞ-da iqtisadiyyat, bərpa və Ukraynaya investisiyalar məsələlərinə həsr olunmuş qrup fəaliyyətə başlayıb. Bu qrupa baş nazir Sviridenko, vitse-premyer Kaçka və nazir Sobolev də daxil olmaqla, əsas hökumət rəsmiləri daxildir.
Üçüncü istiqamət isə milli təhlükəsizlik məsələləri üzrə müşavirlərin, o cümlədən digər ölkə liderlərinin iştirakı ilə davamlı əlaqələrdir. Bu istiqamətdəki bütün səylər Umerov tərəfindən koordinasiya olunur”.
Zelenski vurğulayıb ki, bütün istiqamətlər üzrə məqsəd eynidir - “müharibənin real sonunu yaxınlaşdırmaq və ləyaqətli sülh, təhlükəsizlik və bərpa üçün şərait yaratmaq”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:32 / 12.12.2025
Zelenski: “Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində iş üç istiqamət üzrə davam edir”
Hazırda oxunan: Zelenski: “Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində iş üç istiqamət üzrə davam edir”
Hazırda oxunan: Zelenski: “Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində iş üç istiqamət üzrə davam edir”
585245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































