Podolyak: “Ukrayna qoşunlarını Donbasdan çıxarmağa hazırdır”

Podolyak: “Ukrayna qoşunlarını Donbasdan çıxarmağa hazırdır”

Hazırda oxunan: Podolyak: “Ukrayna qoşunlarını Donbasdan çıxarmağa hazırdır”

585180

“Kiyev Donbasdan Ukrayna qoşunlarının çıxarılmasına hazırdır”. 

Bizim.Media xəbər verir ki, bunu Prezident Ofisinin müşaviri Mixail Podolyak “Le Monde” qəzetinə müsahibəsində bildirib.

Nəşrin məlumatına görə, Kiyev ABŞ və Rusiya ilə aparılan danışıqların əsas bəndlərindən biri üzrə güzəştə gedərək Donbasda demilitarizasiya zonası yaradılmasına razılıq verir. 

“Le Monde” yazır ki, bu təklif artıq Avropa tərəfindən də dəstəklənib. 

Podolyakın sözlərinə görə, xəttin hər iki tərəfində silahlı qüvvələrin dayanacağı zona olmalıdır və burada hansı silah növlərinin çıxarılacağı (bütün silahlar, yoxsa yalnız ağır silahlar) hüquqi və məntiqi baxımdan dəqiqləşdirilməlidir. Potensial pozuntuların qarşısını almaq üçün müşahidə missiyalarının və xarici kontingentin mövcudluğu zəruri sayılır.
 

Bu güzəşt dekabrın 10-da Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən ABŞ Prezidenti Donald Trampa təqdim olunan yenilənmiş “sülh planı”na daxil edilib. “Le Monde” yazır ki, Fransanın Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer və Almaniyanın kansleri Fridrix Mers də bu təklifin hazırlanmasında iştirak ediblər.


Qəzet qeyd edir ki, strateji əhəmiyyətə malik Donbas beynəlxalq qüvvələrin, o cümlədən ABŞ-ın nəzarətinə keçə bilər. 

Nəşrin yazdığına görə, təklif olunan model 1953-cü ildə Şimali və Cənubi Koreya arasında yaradılan, amma sülh müqaviləsinin imzalanmadığı demilitarizasiya zonasını xatırladır. O zonanın eni 4 km, uzunluğu isə 250 km-dir. Ukrayna üçün nəzərdə tutulan DZM-in isə daha geniş və uzun ola biləcəyi bildirilir.

Xatırladaq ki, ABŞ Ukraynadan Donetsk vilayətinin Ukrayna nəzarətində qalan hissəsindən də qoşunlarını çıxarmağı tələb edir. Eyni zamanda, həmin ərazilərə Rusiya qoşunlarının daxil olmaması şərt qoyulur.

“Financial Times”ın məlumatına görə, demilitarizasiya zonasının inzibati idarəçiliyi isə ABŞ planına əsasən Rusiyaya verilə bilər. 

Qeyd edək ki, dekabrın 13-də Parisdə ABŞ, Ukrayna, Fransa, Almaniya və Böyük Britaniya nümayəndələrinin iştirakı ilə “sülh planı”nın yeni bəndləri müzakirə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO