Onlarla ölkəni ölümcül virus DALĞASI BÜRÜDÜ – “Bütün dünyaya yayılacaq” – SİMPTOMLAR

Onlarla ölkəni ölümcül virus DALĞASI BÜRÜDÜ – “Bütün dünyaya yayılacaq” – SİMPTOMLAR

Hazırda oxunan: Onlarla ölkəni ölümcül virus DALĞASI BÜRÜDÜ – “Bütün dünyaya yayılacaq” – SİMPTOMLAR

585125

Dünyanın müxtəlif bölgələrində yeni, xüsusilə təhlükəli qrip ştamının səbəb olduğu yoluxma halları kəskin artıb. 

Bizim.Media xəbər verir ki, bu barədə BBC-nin Rus xidməti məlumat yayıb.

Məlumata görə, H3N2 ştamının K subkladı əvvəlcə Avstraliya və Yeni Zelandiyada aşkar edilib.

Daha sonra Yaponiya və Böyük Britaniyada genişmiqyaslı yoluxma hallarına səbəb olub. Hazırda həmin variant 30-dan çox ölkədə qeydə alınır. Bu ştam əvvəlki illərdə çox az rast gəlinib, buna görə də əhalinin ona qarşı immuniteti zəifdir.

Kembric Universitetinin Patogenlərin Evolyusiyası Mərkəzinin direktoru Derec Smit bildirib ki, H3N2 virusu yeddi mutasiya keçirib.

“O, böyük ehtimalla bütün dünyaya yayılacaq”, — deyə alim proqnoz verib.

Mütəxəssislərin sözlərinə görə, son illərdə insanların bu ştamla təması olmadığından immun müdafiə sistemi ona qarşı yetərincə hazır deyil. Bu səbəbdən virusun simptomsuz keçdiyi hallar olsa da, çoxlarında hərarət, bədən ağrıları, tez yorulma kimi əlamətlər meydana çıxır. Xüsusilə yaşlılar və yanaşı xəstəlikləri olan insanlar üçün virus ölümcül ola bilər.

Böyük Britaniyadakı Frensis Krik İnstitutunun Ümumdünya Qrip Mərkəzinin direktoru Nikola Lyuis vəziyyəti narahatedici hesab edir: “Belə virusu uzun zamandır görməmişdik. Dinamika qeyri-adi görünür. Mən narahatam, amma təşviş içində deyiləm”.

Mütəxəssislər xatırladır ki, soyuqdəymə, qrip və COVID-19-un bir çox simptomları oxşardır.

- Soyuqdəymə adətən yavaş başlayır, burun axması və boğaz ağrısı ilə müşahidə olunur.

- Qrip qəfil başlayır, yüksək hərarət, bədən ağrıları və əzələ zəifliyi yaradır.

- COVID-19 simptomları qripə bənzəsə də, əsas fərqləndirici xüsusiyyətlərdən biri qoxu və dad hissinin itməsi ola bilər.

Həkimlərin fikrincə, qripdən qorunmağın ən yaxşı yolu vaksinasiyadır. Bununla belə, mövcud vaksinlərin yeni ştamma qarşı effektivliyinin tam zəmanət vermədiyi bildirilir.

Virusun yayılmasının qarşısını almaq üçün bəzi ölkələrdə məhdudiyyət tədbirləri tətbiq olunub. Yaponiya və Böyük Britaniyada bir sıra məktəblər müvəqqəti bağlanıb, xəstəxana və təhsil ocaqlarında maskadan istifadəsi məcburi edilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO