Zelenski: “Ərazi məsələsi referendum yolu ilə həll edilməlidir”

Zelenski: “Ərazi məsələsi referendum yolu ilə həll edilməlidir”

Hazırda oxunan: Zelenski: “Ərazi məsələsi referendum yolu ilə həll edilməlidir”

585103

“ABŞ Donetsk vilayətində “azad iqtisadi zona” yaradılmasını təklif edir. Ukrayna buna gedəcəkmi? Bu suala Ukrayna xalqı cavab verəcək. Seçkilər və ya referendum formatında, amma xalqın mövqeyi olmalıdır”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.
 

“Donetsk məsələsi ilə yanaşı, sənəddə Rusiya qoşunlarının Xarkov, Sumı vilayətlərinin və Dnepropetrovskun işğal olunmuş hissələrindən çıxması təklif edilib. Xerson, Zaporojye — haradayıqsa, orada qalırıq.


Bütün suallara elə cavab tapmaq lazımdır ki, hər şey daha adekvat olsun. Məsələn, bir tərəf 5 km geri çəkilirsə, o biri tərəf də 5 km geri çəkilsin. Bir tərəf 10 km çəkilirsə, o biri də 10 km.

Bütün müharibələrdə olduğu kimi, hər halda monitorinq olmalıdır”, - Zelenski deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO