Moskvada, Ermənistan səfirliyinin binası qarşısında ölkənin baş naziri Nikol Paşinyanın addımlarına etiraz olaraq mitinq təşkil edilib. Buna səbəb kimi Ermənistan hakimiyyətinin din xadimlərini və rusiyalı oliqarx Samvel Karapetyanı həbs etməsi göstərilir.
Bizim.Media xəbər verir ki, bu barədə SHOT Teleqram kanalı yazıb.
Ermənistan səfirliyinin yerləşdiyi Erməni keçidində 300 nəfər toplaşıb. Aksiya iştirakçıları arasında Ermənistan Apostol Kilsəsinin keşişləri, ictimai xadimlər və Ukraynada xüsusi hərbi əməliyyatda iştirak etmiş şəxslər olub. Mitinq Paşinyanın Moskvaya səfəri ilə əlaqədar təşkil edilib.
Nəşrin yazdığına görə, etirazçılar Paşinyanın və Ermənistan hakimiyyətinin addımlarının “cəmiyyətdə və erməni xalqının həyatında parçalanma yaratdığını” bildiriblər. Aksiya iştirakçıları həmçinin həmvətənlərini Ermənistan Apostol Kilsəsini müdafiə etməyə çağırıb və həb olunan din xadimlərinin azad olunmasını tələb ediblər.
Bundan əlavə, toplaşanlar Paşinyanın addımlarına qarşı etirazlarını əks etdirən petisiya hazırlayıblar. Onlar sənədi Ermənistandan olan səfir Qurgen Arsenyana təqdim etmək istəyiblər, lakin o, aksiya iştirakçılarının yanına çıxmayıb.
Xatırladaq ki, iyunun sonunda Ermənistanda əvvəlcə “Müqəddəs Mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Bağrat Qalstanyan, daha sonra arxiyepiskop Mikael Acapaxyan həbs edilib. İstintaq birinci din xadimini və onun tərəfdarlarını hakimiyyəti ələ keçirmək məqsədilə terror aktları planlaşdırmaqda ittiham edir. İkinci din xadiminə isə hakimiyyəti ələ keçirməyə çağırış, ərazi bütövlüyünün pozulması, suverenlikdən imtina və konstitusiya quruluşunun zorla devrilməsi ittihamları irəli sürülüb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:40 / 11.12.2025
Moskvada Paşinyan əleyhinə mitinq keçirildi - VİDEO
Hazırda oxunan: Moskvada Paşinyan əleyhinə mitinq keçirildi - VİDEO
Hazırda oxunan: Moskvada Paşinyan əleyhinə mitinq keçirildi - VİDEO
585029
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































