Lavrov: “Türkiyənin S-400-lərlə bağlı Rusiya qarşısında öhdəliyi var”

Lavrov: “Türkiyənin S-400-lərlə bağlı Rusiya qarşısında öhdəliyi var”

Hazırda oxunan: Lavrov: “Türkiyənin S-400-lərlə bağlı Rusiya qarşısında öhdəliyi var”

585027

Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının Türkiyədən S-400 zenit-raket komplekslərini alıb Ukraynaya göndərmək niyyəti ilə bağlı yayılan xəbərləri şərh edərək bildirib ki, Ankara bu sistemlərlə bağlı Moskva qarşısında müəyyən öhdəliklər götürüb.

Bizim.Media xəbər verir ki, o, bu barədə Rusiya–ukrayna münaqişəsinin həllinə dair səfirliklərin “dəyirmi masası”nda danışıb.

O, qeyd edib ki, Rusiya bir neçə il əvvəl Türkiyəyə müasir və ən effektiv hava hücumundan müdafiə sistemlərindən biri olan S-400 komplekslərini satıb.

Nazirin sözlərinə görə, Qərb, xüsusilə də ABŞ, Türkiyənin bu sistemlərə sahib olmasından narazıdır və Vaşinqton Ankaranın F-35 qırıcılarını almaq istəyini S-400-lərdən imtina şərti ilə bağlayıb.

Lavrov bildirib ki, indi Aİ-nin guya Türkiyədən bu sistemləri almaq və Ukraynaya göndərmək planı irəli sürülüb:

“Bu barədə danışanlar heç düşünmürlər ki, Türkiyə bir alıcı olaraq bu cür addımları Rusiya ilə razılaşdırmadan ata bilməz”, — deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO