Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda (Türkmənistan) görüş keçirəcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Hər iki lider Türkmənistanın bitərəfliyinin 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Aşqabada gedəcəklər.
D.Peskovun sözlərinə görə, Putinin səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər planlaşdırılır.
Mətbuat katibi Putinin Ərdoğanla görüşünün planlaşdırıldığını da deyib.
Xatırladaq ki, Türkmənistanın bitərəfliyinin 30 illiyi münasibətilə Aşqabadda dekabrın 12-də dövlət başçıları və beynəlxalq strukturların rəhbərləri səviyyəsində Beynəlxalq Sülh və Etimad Forumu keçiriləcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:26 / 11.12.2025
Putin və Ərdoğan Türkmənistanda GÖRÜŞƏCƏK
Hazırda oxunan: Putin və Ərdoğan Türkmənistanda GÖRÜŞƏCƏK
Hazırda oxunan: Putin və Ərdoğan Türkmənistanda GÖRÜŞƏCƏK
585026
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































