Türkiyə Ukraynada “Bayraktar” istehsal edən zavod tikəcək

Türkiyə Ukraynada “Bayraktar” istehsal edən zavod tikəcək

Hazırda oxunan: Türkiyə Ukraynada “Bayraktar” istehsal edən zavod tikəcək

0:00
0:00
58479

“Türkiyə ilə Ukrayna arasında “Bayraktar” pilotsuz uçuşı aparatının istehsalını nəzərdə tutan zavodun tikilməsi ilə bağlı çərçivə müqaviləsi imzalanacaq”. 

Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznik fevralın 3-də Kiyevdə keçirdiyi brifinqdə bildirib. 

Onun sözlərinə görə, müqaviləni bu gün imzalayacaq və sonra ratifikasiya üçün Ali Radaya təqdim ediləcək: 

“Bu gün çərçivə razılaşmalar da planlaşdırılıb. Dünən hökumətlər Türkiyə və Ukraynanın yüksək hərbi texnologiyalar sahəsində əməkdaşlığına dair razılaşmanın mətnini bəyəniblər. “Bayraktar” istehsal edən Türkiyə şirkətinin qərarına əsasən, dronların növbəti nəslində Ukraynanın “Motor-Siçi” mühərrikindən istifadə olunacaq”. 

Qeyd edək ki, 2021-ci il sentyabrın 29-da Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Müdafiə Nazirliyi ilə Türkiyənin “Bayraktar Savunma” şirkəti arasında memorandumu təsdiqləyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO