Ərdoğan-Putin görüşünün tarixi ilə bağlı Kremldən AÇIQLAMA 

Ərdoğan-Putin görüşünün tarixi ilə bağlı Kremldən AÇIQLAMA 

Hazırda oxunan: Ərdoğan-Putin görüşünün tarixi ilə bağlı Kremldən AÇIQLAMA 

58465

Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan fevralın sonu da daxil olmaqla görüş tarixlərinin müxtəlif variantlarını müzakirə ediblər, lakin hələlik dəqiq tarixə qərar verilməyib. 

Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. 

"İki lider həqiqətən mümkün variantlarla bağlı müzakirələr aparıblar. Fevralın sonu və başqa tarixlər müzakirə predmeti olub.

Və həqiqətən də hər iki tərəf görüşün epidemioloji vəziyyət və prezidentlərin qrafikləri imkan verən kimi baş tutmasında maraqlıdır. Lakin hələlik dəqiq tarixlər yoxdur. Ümid edirik ki, bu, ən qısa zamanda baş verəcək”, - deyə Kremlin sözcüsü bildirib. 
Qeyd edək ki, bundan əvvəl Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin Çinə səfərindən sonra Türkiyəyə səfər edəcəyini qeyd etmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO