Albaniyanın Durres limanında azərbaycanlı dənizçi faciəvi şəkildə həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Albaniya mediası yazıb.
Belə ki, Panama bayrağı altında üzən "Kibele" gəmisinin heyət üzvü, 25 yaşlı Azərbaycan vətəndaşı Əvəz Yafərov göyərtədə işləyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hadisə baş verən zaman gəmi lövbərdə dayanıb buğda boşaldırmış. Heyət və liman rəhbərliyinin ilkin yardımı zərərçəkənin həyatını xilas edə bilməyib.
Hadisənin bütün hallarını müəyyən etmək üçün hadisə yerində istintaq qrupu işləyir.
Bizim.Media
































































































