Qonşular arasında mübahisə düşdü - Pişik HƏBS EDİLDİ

Qonşular arasında mübahisə düşdü - Pişik HƏBS EDİLDİ

Hazırda oxunan: Qonşular arasında mübahisə düşdü - Pişik HƏBS EDİLDİ

583864

Fransada qonşular arasında yaranan mübahisə beynəlxalq müzakirələrə səbəb olan məhkəmə qərarı ilə nəticələnib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Dominik Valdesin Remi adlı pişiyi məhkəmənin qərarı ilə rəsmi olaraq ev dustaqlığına məhkum edilib.

Belə ki, Valdesin qonşusu "Remi"dən məhkəməyə şikayət edib. İddialara görə, pişik qonşunun bağçasına və evinə girirmiş. Bununla yanaşı, pişik evdə pəncə izləri buraxırmış.

Məhkəmə 90 səhifəlik geniş əsaslandırılmış qərar hazırlayaraq heyvanın sahibini məsuliyyətli hesab edib. Qərara əsasən, Reminin hər icazəsiz bağça ziyarəti üçün 30 avro cərimə tətbiq olunacaq. Bundan əlavə, pişiyə “ev həbsi” verilib və o, rəsmi olaraq “dünyanın ilk məhbus pişiyi” kimi qeydiyyata düşüb.

Reminin sahibi Valdes bu qərarın onu şoka saldığını söyləyərək ittihamların sübutsuz olduğunu vurğulayıb:

"Reminin günahkar olduğunu göstərən dəqiq dəlil yoxdur. Üstəlik, məhəllədə ona bənzəyən başqa bir sarı pişik də var. Qonşunun təqdim etdiyi şəkillərdə müxtəlif pişiklər görünür".

Valdes bildirib ki, Remi illərdir məhəllədə sərbəst dolaşır və qonşu bu səbəbdən “bağça rahatlığının pozulduğunu” iddia edərək indiyədək ondan ümumilikdə 2 050 avro təzminat alıb.

Fransa Hayvanları Qoruma Dərnəkləri qərarın ölkə miqyasında pişiklərin sərbəst hərəkətini məhdudlaşdıra biləcəyini deyərək narahatlıqlarını ifadə edib.

Məhkəmə qərarı ilə ev dustaqlığına məhkum edilən ilk pişik kimi tarixə düşən Remi sosial mediada böyük müzakirələrə səbəb olub. Heyvansevərlər artıq Remiyə dəstək kampaniyası başlatmaq üçün təşəbbüs göstərməyə başlayıblar. (Unikal.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO