İlon Mask Britaniyanı polis dövləti adlandırdı

İlon Mask Britaniyanı polis dövləti adlandırdı

Hazırda oxunan: İlon Mask Britaniyanı polis dövləti adlandırdı

583842

Böyük Britaniya artıq polis dövlətinə çevrilib.

Bizim.Media xəbər verir ki, amerikalı sahibkar İlon Mask bu barədə özünün sosial media hesabında Kardiff Kral Məhkəməsinin qaradərililərə qarşı irqçi təhqirlər ehtiva edən fikirlərinə görə britaniyalıya 20 ay həbs cəzası verilməsi barədə qərarını şərh edərkən bildirib.

O, həmçinin bu hökmü verən hakim Treysi Lloyd-Klarkın daha əvvəl “həbsxanada sıxlıq” səbəbindən yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən şəxsin azadlığa buraxılması ilə bağlı qərar çıxardığını xatırladıb.

Qeyd edək ki, İlon Mask oktyabr ayında Böyük Britaniyanın Baş naziri Kir Starmer haqqında sərt ifadələr işlədib. O, hökumət başçısını “başqalarının sözü ilə hərəkət edən axmaq aktyor” adlandırıb.

Sentyabrın 13-də amerikalı milyarder Londonda miqrantlara qarşı etiraz aksiyalarına dəstək verib. O, videobağlantı vasitəsilə kütləyə müraciət edib və Kir Starmer hökumətini tənqid atəşinə tutaraq Parlamentin buraxılmasını tələb edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO