Salah yenidən Səudiyyə Ərəbistanı klublarının HƏDƏFİNDƏ

Salah yenidən Səudiyyə Ərəbistanı klublarının HƏDƏFİNDƏ

Hazırda oxunan: Salah yenidən Səudiyyə Ərəbistanı klublarının HƏDƏFİNDƏ

583743

“Liverpul”un futbolçusu Məhəmməd Salah yenidən Səudiyyə Ərəbistanı klublarının maraq dairəsinə düşüb.

Bizim.Media xəbər verir ki, “Əl-Hilal” və “Əl-Qadisiyə” klubları misirli hücumçunu transfer etmək niyyətindədir.

Adıçəkilən klubların bu keçidi 2026-cı ilin yayında, futbolçunun müqaviləsinin bitməsinə bir il qalmış planlaşdırdığı bildirilir.
 

Xatırladaq ki, daha əvvəl Yaxın Şərq klublarından gələn təklifləri geri çevirən və 500 milyon funt sterlinqdən çox qazancdan imtina edən forvard Mersisayd təmsilçisi ilə sözləşməsini 2027-ci ilin yayına qədər yeniləmişdi.


Qeyd edək ki, futbolçu cari mövsümdə bütün turnirlərdə keçirdiyi 17 oyunda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO