Moskva–Phuket reysini yerinə yetirən təyyarə həyəcan siqnalı verib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlunat yayıb.
Məlumata görə, Red Wings şirkətinə məxsus Boeing 777-200 Domodedovo hava limanından havaya qalxıb və hazırda Moskva ətrafında dairə vurur.
Həyəcan siqnalının səbəbi mühərriklərdən birində yanğın baş verməsi olub. Hazırda yanğın söndürülüb. Təyyarə fövqəladə enişə hazırlaşmaq üçün havada yanacaq sərf edir və Domodedovoya enməyə hazırlaşır.
Təyyarənin bortunda 412 sərnişin və 13 ekipaj üzvü var.

Bizim.Media































































































