Rusiyadan Avropaya savaş TƏHDİDİ – Nüvə müharibəsi yenidən GÜNDƏMDƏ

Rusiyadan Avropaya savaş TƏHDİDİ – Nüvə müharibəsi yenidən GÜNDƏMDƏ

Hazırda oxunan: Rusiyadan Avropaya savaş TƏHDİDİ – Nüvə müharibəsi yenidən GÜNDƏMDƏ

583653

Rusiyanın ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkovla görüşdə Ukrayna məsələsində heç bir güzəştə getməyəcəyini açıqlaması fonunda Vladimir Putin Avropaya müharibə mesajı verib. 

Belə ki, Putin Avropa müharibəyə başlasa, Rusiyanın buna hazır olduğunu deməklə yanaşı, “köhnə dünyanı”dərhal cavab verəcəklərilə də hədələyib.

"Amma əgər Avropa müharibəyə başlasa, Rusiya döyüşməyə bu dəqiqə hazırdır", - deyə Putin bildirib.

Rusiya Prezidenti həmçinin Avropanı Ukrayna ilə bağlı qəbuledilməz təkliflər irəli sürməkdə ittiham edib. "Əgər Avropa Rusiya ilə müharibəyə başlasa, yaxın zamanda Moskvanın "danışıqlar aparması üçün adam qalmayacaq”.
 

Qeyd edək ki, Trampın 28 bəndlik təkliflər planına sonradan Kiyev və Avropa İttifaqının səyləri nəticəsində bir sıra yenilik və dəyişikliklər edilib. Digər tərəfdən, Rusiya təhlükəsini əsas gətirməklə Avropa son dövrlər hərbi sahəyə xüsusi diqqət yetirməyə başlayıb.


Bu fonda Putinin Avropaya müharibə mesajı verməsi gərginliyin daha da alovlanması ehtimalını gündəmə gətirib.

Soyuq müharibədən isti savaşa

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Tramp amilini çıxmaq şərtilə Qərb ümumiyyətlə Rusiya ilə soyuq müharibə şəraitindədir:
 

“Hazırda isə Avropada parçalanma başlayıb. Bu da ABŞ-ın öz təhlükəsizlik çətirini Avropa üzərindən götürməsilə bağlıdır. Avropa isə Amerika olmadan özünü bir o qədər də əmin hesab edə bilmir. Vaxtilə NATO-ya ayrılan vəsaitin böyük hissəsini Vaşinqton ödəyirdi.


İndi isə Tramp Avropaya bildirir ki, təhlükəsizliklərini öz xərcləri hesabına ödəsinlər. Rusiya Qərblə üz-üzədir.

Onlar Ukraynada üz-üzə gəliblər. 2000-ci ilin əvvəlindən Qərb Ukraynanı Rusiya ilə qarşıdurmaya hazırlayıb”.

Rusiyanın mövcud vəziyyətdə Avropaya sərt mesaj verməsinə gəlincə...

Müsahibimiz qeyd edib ki, bundan əvvəl Qərb də aqressiv tərzdə Moskvanı hədələyirdi:

“Fransa, Böyük Britaniya, Almaniya hərbi güclərini artırır. Moskva da Putinin diliylə həmin təhdidlərə cavab verib. Yəni artıq soyuq müharibənin pik nöqtəsinə çatdığının şahidi oluruq.

Tərəflərdən heç biri geri çəkilmək istəmir. Hətta danışıqlarda, mesaj mübadiləsində də kompromisdən uzaq olduqlarını ortaya qoyurlar. Avropalı ekspertlər bildirir ki, 2028-2030-cu illər arasında Rusiya ilə toqquşma baş verə bilər”.

Politoloq deyir ki, hətta Avropada ilk hücum etmə strategiyasından istifadə etmə imkanları nəzərdən keçirilir:

“Bu qüvvələr Rusiya ilə sərt davranmağın tərəfdarıdır. Taktiki nüvə başlıqlarından istifadə məsələsi də təsadüfdən gündəmə gəlməyib. Moskva bununla bağlı sərt xəbərdarlığını edib.

Məsələ həddən artıq kritik səviyyədədir. Düşünürəm ki, Ukrayna kampaniyası bitdikdən sonra da dərhal sabitlik haqqında danışmaq bir qədər tez olacaq”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO