Danimarka Ukraynaya öz ərazisində hərbi istehsal müəssisəsi qurmağa icazə verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Bild” yazıb.
Söhbət Ukrayna şirkəti Fire Point-in müəssisəsindən gedir. Şirkət Mindich ilə bağlı korrupsiya qalmaqalında adı keçmişdir.
Müəssisə Skryudstrup hava bazasının yaxınlığında raket yanacağı istehsal edəcək.
İstehsalın başlanğıcı 2026-cı ilə planlaşdırılıb. Bu gün Danimarka iqtisadiyyat naziri, bələdiyyə başçısı və Fire Point-in yerli şöbə rəhbəri gələcək fabrikin yerində torpağa kürek vurublar.
Qeyd edilib ki, bu, NATO-da ilk belə haldır.
Bizim.Media





























































































