Tramp Hondurasa da hədə-qorxu gəldi

Tramp Hondurasa da hədə-qorxu gəldi

Hazırda oxunan: Tramp Hondurasa da hədə-qorxu gəldi

583420

ABŞ lideri Donald Tramp bildirib ki, Hondurasda prezident seçkilərində səslərin sayılması vaxtından əvvəl dayandırılıb.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə Truth Social-də yazıb. O, bu addımı konkret kimin ata biləcəyi barədə açıqlama verməyib.

"Elə görünür ki, Honduras prezident seçkilərinin nəticələrini dəyişməyə çalışır. Əgər belədirsə, bunun əvəzini baha ödəyəcəklər", – deyə o, əlavə edib.

"30 noyabrda Honduras xalqı kütləvi şəkildə səs verib", – deyə Tramp bildirib.

Onun fikrincə, Hondurasın Milli Seçki Şurası "30 noyabr gecə yarısı qəfil" bülletenlərin işlənməsini dayandırıb.

"Onların hesablamaları göstərirdi ki, Tito Asfura (Nəsri Asfura olaraq da tanınır –red.) ilə Salvadore Nasralla arasında gərgin mübarizə gedir, Asfuranın isə 500 səs fərqi ilə kiçik üstünlüyü vardı, – ABŞ prezidenti əlavə edib. – Hesablamalar cəmi 47% bülleten işlənmişkən dayandırılıb".

Tramp vurğulayıb ki, Şuranın səslərin sayılmasını davam etdirməsi son dərəcə vacibdir:

“Hondurasın minlərlə sakininin səsi sayılmalıdır. Demokratiya qalib gəlməlidir".

Poll HN şirkətinin ekzit-pol məlumatlarına görə, Hondurasın hakim Azadlıq və Yenidənqurma Partiyasının (LIBRE) sosial şəbəkə X səhifəsində dərc edilən nəticələrə əsasən, partiyanın namizədi Riksi Monkada seçkilərdə qalib gəlir.

Monkada 38,06% səs yığır. İkinci yerdə sağ-mərkəzçi Honduras Liberal Partiyasının namizədi Nasralla 32,40% səslə qərarlaşıb. Üçüncü yerdə isə Honduras Milli Partiyasının namizədi Asfuradır (23,38% səs).

Hondurasda prezident seçkiləri bir turda keçirilir və qalib sadə səs çoxluğu ilə müəyyən olunur.

Tramp daha əvvəl honduraslıları səsini Asfuranın lehinə verməyə çağırmışdı. O, Monkadanı kommunist, Nasrallanı isə "əsil kommunist" adlandırmışdı. Trampın fikrincə, Asfura "azadlığın dostudur". ABŞ lideri Milli Partiyanın namizədi qalib gəldiyi halda, Vaşinqtonun Hondurasa hərtərəfli dəstək verəcəyini söz verib. O həmçinin ABŞ-da narkotrafik ittihamı ilə 45 il həbs cəzası çəkən Hondurasa keçmiş prezident Xuan Orlando Ernandezin – Asfuranın partiya yoldaşının – əfv ediləcəyini bəyan edib. (Mənbə: TASS)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO