ABŞ-ın İraqdakı Səfirliyi raket hücumuna məruz qalıb. Raketlərin bir hissəsi əraziyə yaxın olan yaşayış məntəqələrinə düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə İraq hökuməti məlumat yayıb.
Bildirilib ki, ABŞ səfirliyinə edilən hücumda 8 raketdən istifadə olunub. Hadisə zamanı səfirlikdə xidmət edən bir əsgər yaralanıb.
ABŞ-ın Bağdaddakı səfirliyinin məlumatına görə, raketlər səfirlikdəki hava hücumu müdafiə sistemi tərəfindən məhv edilib.
İraq Nazirlər Kabinetinin hərbi sözçüsü Yahya Rəssul isə xarici nümayəndələrə edilən hücumun bir xəbərdarlıq olduğunu deyib.
Bizim.Media