Makron və Zelenski Uitkoffla danışıqlar aparıblar

Makron və Zelenski Uitkoffla danışıqlar aparıblar

Hazırda oxunan: Makron və Zelenski Uitkoffla danışıqlar aparıblar

583350

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın xüsusi elçisi Stiven Uitkoffla Ukrayna ətrafında vəziyyətin tənzimlənməsi üzrə danışıqların detalları barədə müzakirə aparmaq üçün şəxsi görüş keçirmək barədə razılıq əldə edib.

Bizim.Media xəbər verir ki, bunu Zelenski X sosial platformasında yazıb.

Zelenskinin sözlərinə görə, söhbətdə Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer də iştirak ediblər.
 

Müzakirələr zamanı Floridada Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov və Uitkoffla aparılan danışıqların nəticələri yekunlaşdırılıb.


“Vacib brifinq. Daha çox detalları şəxsi görüşdə müzakirə etmək barədə razılaşdıq — komandalar mümkün sonrakı təmaslar üçün qrafikləri uzlaşdıracaqlar”, — deyə Zelenski qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO