Laricani türk dilində paylaşım etdi – FOTO

Laricani türk dilində paylaşım etdi – FOTO

Hazırda oxunan: Laricani türk dilində paylaşım etdi – FOTO

583211

Dünən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani rəsmi danışıqlar aparmaq və ölkə rəsmiləri ilə görüşmək üçün Tehrana səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə bir araya gəlib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Laricani “X” hesabında türk dilində paylaşım edərək yazıb: 

“Öz evinizə xoş gəlmisiniz. Türkiyə və İran arasında əməkdaşlığın artmasını ümid edirəm..."
 

Məlumata görə, tərəflər bir sıra mühüm regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Suriya və Qəzzada baş verən son proseslər, eləcə də İsrailin hücumları əsas müzakirə mövzularından olub. 


Görüşün sonunda Fidanın Laricanini Türkiyəyə səfərə dəvət etdiyi açıqlanıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO