Novorossiyskə gedən neft tankerinfə Bosfor boğazı yaxınlığında xarici təsir nəticəsində partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Dənizçilik İdarəsi məlumat yayıb.
Bldirilib ki, ekipajın təxliyəsinə hazırlıq görülür: “Türkiyə sahillərindən 28 mil məsafədə Novorossiyskə yüksüz gedən Kairos tankerində xarici təsir nəticəsində yanğın baş verib. Ekipajın 25 üzvünün vəziyyəti normaldır”.
Qambiya bayrağı altında üzən tanker hazırda Qara dənizdədir. İdarənin məlumatına görə, gəmi heyətinin təxliyəsi üçün xilasedicilər hadisə yerinə göndərilib.
Kocaeli vilayəti rəhbərliyi də gəmidə yanğın faktını təsdiqləyib. Hadisə yerinə sahil mühafizəsi, tibb əməkdaşları və digər xidmətlər cəlb olunub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:12 / 28.11.2025
Bosfor boğazında neft tankeri PARTLADI
Hazırda oxunan: Bosfor boğazında neft tankeri PARTLADI
Hazırda oxunan: Bosfor boğazında neft tankeri PARTLADI
582922
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































