Rusiya rəhbərliyi sülh danışıqları ilə bağlı əsas məsələlərdə kompromisə getmək niyyətində deyil.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsi üzrə mümkün razılaşma ilə bağlı mövcud müzakirələri şərh edərkən danışıb.
O vurğulayıb ki, sülh planının müxtəlif variantlarına “danışıqlar elementi” kimi baxmaq olar, lakin bu, güzəşt etməyə hazır olmaq demək deyil.
“Bizim üçün əsas məsələlərin həllinə, o cümlədən hərbi əməliyyatlar kontekstində qarşımıza qoyulan tapşırıqlara dair mövqelərimizdən geri çəkilməkdən, güzəşt etməkdən söhbət gedə bilməz”, — deyə Ryabkov qeyd edib.
Nazir müavini əlavə edib ki, Rusiya tərəfi Ukraynadakı münaqişənin həlli ilə bağlı ayrı-ayrı təklifləri ictimai şəkildə müzakirə etməyə hazır deyil.
Bizim.Media































































































