Rəsmi Kiyevdən ABŞ-ın sülh planı ilə bağlı RƏSMİ AÇIQLAMA

Rəsmi Kiyevdən ABŞ-ın sülh planı ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Rəsmi Kiyevdən ABŞ-ın sülh planı ilə bağlı RƏSMİ AÇIQLAMA

581991

ABŞ-ın sülh planının hazırkı variantı artıq Ukraynanın əksər prioritetlərini əks etdirir.

Bizim.Media  xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Telegram səhifəsində məlumat verib.

“Sənədin hazırkı variantı, təsdiqlənmənin son mərhələsində olsa da, artıq Ukraynanın əsas prioritetlərinin əksəriyyətini əks etdirir”, - deyə Umerov əlavə edib.
 

O, Vaşinqtonun Kiyevin şərhlərinə diqqətlə yanaşmasını yüksək qiymətləndirərək bildirib ki, bu, öz növbəsində birgə prosesdə irəliləyiş əldə etməyə imkan verir. “Biz bu gün daha da irəliləyiş gözləyirik”, - deyə Umerov fikrini yekunlaşdırıb.


Xatırladaq ki, ABŞ bu günlərdə Ukraynada müharibəyə son qoymaq üçün 28 bəndən ibarət yeni sülh planını təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO